Ehtiyatda olan hərbçilər müdafiə nazirinin evinin yaxınlığında etiraz aksiyası keçiriblər

Ehtiyatda olan hərbçilər müdafiə nazirinin evinin yaxınlığında etiraz aksiyası keçiriblər

12 Sentyabr 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Müdafiə Qüvvələrinin onlarla ehtiyatda olan əsgəri ölkənin müdafiə naziri Yoav Qalantin evinin yaxınlığında etiraz aksiyası keçirib. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Aksiyada ehtiyatda olan hərbçilərlə yanaşı, həlak olanların yaxınları və hərbi qulluqçular da iştirak edərək, ölkənin hərbi rəhbərliyindən Fələstinin radikal HƏMAS hərəkatı üzərində tam qələbə üçün Qəzza zolağında daha fəal və qətiyyətli aksiyalara başlamağı tələb ediblər.

Nəşr aksiya iştirakçılarının şüarlarından sitat gətirir: “Biz qələbə tələb edirik və əgər siz Qalant buna necə nail olacağını bilmirsinizsə, açarları təhvil verin”.

Oxuməni.az