Ərdoğan Krımın Ukraynaya qaytarılmasının vacibliyini açıqlayıb

Ərdoğan Krımın Ukraynaya qaytarılmasının vacibliyini açıqlayıb

12 Sentyabr 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması liderlərinin 4-cü zirvə görüşündə videomüraciətində Ukraynanın ərazi bütövlüyü tezisini dəstəklədiyini və Krımın Ukraynaya qaytarılmasının tərəfdarı olduğunu bildirib. Bu barədə “TRT Haber” məlumat yayıb.

“Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz dəyişməz olaraq qalır. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Krımın yerli xalqlarından biri olan Krım tatar-türk soydaşlarımızın təhlükəsizliyinin və rifahının təmin edilməsi də xarici siyasətimizin prioritet istiqamətlərindən biridir”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan çıxışının sonunda Ukraynadakı münaqişənin “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülh”lə sona çatacağına ümid etdiyini bildirib.

Oxuməni.az