Litva NATO-nu Baltikyanı ölkələrdə Rusiyanın pilotsuz təyyarələrini vurmağa çağırıb

Litva NATO-nu Baltikyanı ölkələrdə Rusiyanın pilotsuz təyyarələrini vurmağa çağırıb

12 Sentyabr 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Litvanın müdafiə naziri Laurynas Kasciunas NATO-nun Baltikyanı ölkələrdə hava polisi missiyasının alqoritmində dəyişiklik etməyə çağırıb. Bu açıqlama Rusiya pilotsuz təyyarəsinin Latviya ərazisinə düşməsindən sonra verilib.

"Hava polisi nəinki patrul xidmətini həyata keçirməlidir, həm də lazım gələrsə, mümkünsə, NATO səviyyəsində qərar qəbul etmə zəncirini qısaltmalıdır ki, pilotsuz təyyarələri dərhal havaya qaldırıb məhv edə bilsinlər", - Kasciunas deyib.

O hesab edir ki, NATO-nun hava məkanını pozan pilotsuz təyyarə təhlükəsi aşkar edilərsə, bu barədə məlumat tez bir zamanda Alyansın qərargahına ötürülməlidir.

"NATO-nun qərargahı vəziyyəti qiymətləndirir, bunun düşmən pilotsuz uçan aparatı olub, hansısa başqa itmiş təyyarə olması barədə kifayət qədər dəlil olub-olmaması, daha sonra hava polisinin təyyarələrinin yerləşdirilməsi ilə bağlı təcili qərar verilir. Bu, müəyyən bir alqoritmdir və onu sürətləndirmək lazımdır. ”, - Litva Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Oxuməni.az