Hərbi qulluqçular müharibə cinayətlərinə görə medallardan məhrum ediləcəklər
Avstraliya Əfqanıstana göndərilərkən komandanlıq vəzifələrində xidmət edən və cinayətldə əli olan zabit və əsgərlərin hərbi mükafatlarını ləğv edəcək.
Bu barədə Bloomberg məlumat yaylb.
Baş nazirin müavini Riçard Marles cümə axşamı parlamentdəki çıxışında qərarı elan edərək, general-mayor Paul Breretonun hesabatının nəticələrini "milli rüsvayçılıq" adlandırıb.
Eyni zamanda, müdafiə naziri olan Marles, hesabatın həm də "Avstraliya xalqına və dünyaya Avstraliyanın özünə cavabdeh olan bir ölkə olduğunu nümayiş etdirdiyini" söylədi.
Hökumət sözçüsü xəbər agentliyinə bildirib ki, təxminən 10 avstraliyalı zabit və əsgər mükafatlarından məhrum ediləcək.
Oxuməni.az
Digər xəbərlər