Taylor Swift seçki yarışında Harrisi dəstəkləyir

Taylor Swift seçki yarışında Harrisi dəstəkləyir

11 Sentyabr 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Teylor Svift ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisə səs verəcəyini bildirib.

O, İnstaqram sosial şəbəkəsindəki səhifəsində “Mən 2024-cü ildə keçiriləcək prezident seçkilərində Kamala Harris səs verəcəyəm” deyə yazıb.

Svift əlavə edib ki, o, Harrisin Respublikaçı namizəd Donald Trampla seçki debatını izləyib. Müğənninin sözlərinə görə, o, öz mövqeyini açıq şəkildə ifadə etməyə məcbur olub.

Svift hesab edir ki, Harris Birləşmiş Ştatların daha çox şeyə nail ola biləcəyi “sabit və istedadlı liderdir”.

Oxuməni.az