Melburnda müharibə əleyhinə etiraz aksiyası iğtişaşlar və polislə toqquşmalarla başa çatıb

Melburnda müharibə əleyhinə etiraz aksiyası iğtişaşlar və polislə toqquşmalarla başa çatıb

11 Sentyabr 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyanın Melburn şəhərində müharibə əleyhinə etiraz aksiyası genişmiqyaslı iğtişaşlar və polislə toqquşmalarla başa çatıb. Bu barədə Viktoriya polisi məlumat yayıb:

"Viktoriya Polisi bugünkü aksiya zaman, polis əməkdaşlarına və ictimaiyyətə qarşı təhdidlərə qətiyyətlə cavab verəcək. Təbii ki, vətəndaşların dinc etiraz etmək hüququ var, lakin bunu həyata keçirən polis əməkdaşlarına qarşı belə biabırçı davranmaq yolverilməzdir".

Şəhərin sərgi mərkəzində müdafiə konfransı və silah sərgisinə qarşı çıxan insan haqları qruplarının təşkil etdiyi nümayiş zamanı etirazçılar polislə toqquşub. Onlar polisə daş atıb, zibil qutularını yandırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları cavab olaraq bibər qazı, rezin güllələr və səs-küylü qumbaralardan istifadə ediblər. Polisin məlumatına görə, 33 nəfər həbs edilib, onlarla insan saxlanılıb. 24 asayiş keşikçisi yaralanıb və onlara tibbi yardım göstərilib.

Oxuməni.az