Əlcəzair və Mərakeşdə daşqınlar azı 23 nəfərin həyatına son qoyub

Əlcəzair və Mərakeşdə daşqınlar azı 23 nəfərin həyatına son qoyub

11 Sentyabr 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Əlcəzair və Mərakeşdə həftəsonu yağan leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 23 nəfər ölüb.

Mərakeşdə 18 nəfər ölüb, 9 nəfər itkin düşüb, Əlcəzairdə isə 5 nəfər ölüb, yerli hakimiyyət orqanları bildiriblər.

Mərakeşin cənubunda yaşayanlar işıqsız qalıb, içməli su ilə bağlı problemlər yaranıb. Təbii fəlakətin təsiri nəticəsində onlarla ev uçub, magistral yollara ziyan dəyib. Xüsusilə, Tata, Tiznit və Əl Raşidiya əyalətləri zərər çəkib.

Əlcəzairin bəzi bölgələrində daşqınlar körpüləri sıradan çıxarıb və dəmir yolu hərəkətini dayandırıb. Ölkə hakimiyyəti zərərçəkənlərə kömək etmək üçün minlərlə xilasedici cəlb edib.

Oxuməni.az