Qazaxıstanda gizli dərman laboratoriyası aşkar edilib
Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində adı açıqlanmayan Avropa ölkəsinin vətəndaşları orada narkotik laboratoriyası təşkil etdikləri üçün saxlanılıb. Bu barədə Respublika Baş Prokurorluğu məlumat yayıb.
"Avropa ölkələrindən birinin vətəndaşları tərəfindən təşkil edilmiş sintetik narkotiklərin istehsalı üzrə gizli laboratoriyanın fəaliyyəti dayandırılıb", - press-relizdə deyilir.
Müsadirə olunan maddələrin dəyəri 3,5 milyard tenge qiymətləndirilir. Adı açıqlanmayan bir Avropa ölkəsinin iki vətəndaşı nəzarətə götürülüb.
Oxuməni.az
Digər xəbərlər