Finlandiya Cənubi Koreya silahlarına maraq göstərib

Finlandiya Cənubi Koreya silahlarına maraq göstərib

10 Sentyabr 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya K-9 özüyeriyən artilleriya sistemlərinin xüsusiyyətləri ilə kbağlı mümkün satınalma üçün Cənubi Koreya silahlarını “müəyyən dərəcədə” öyrənir. Bu barədə Yonhap agentliyi Finlandiyanın müdafiə naziri Antti Hakanenə istinadən məlumat yayıb.

Bazar ertəsi Seulda finlandiyalı nazir ikili istifadə texnologiyaları sahəsində əməkdaşlıq imkanlarına dair ikitərəfli forumda iştirak edib. K-9 haubitsalarının alınması barədə Antti Hakkanen deyib: "Biz onlardan, onların bizə verdiyi silah alışı imkanlarından razıyıq. İndi biz müəyyən mənada Cənubi Koreya sənayesinin təklif etdiyi bütün məhsulları, texnologiyaları, hər şeyi qiymətləndiririk",- deyə nazir bəyan edib. Finlandiya dünyada K-9-ların ixrac edildiyi doqquz ölkədən biridir. Onlardan altısı NATO üzvüdür.

Antti Hakkanen Cənubi Koreya silahlarının keyfiyyətinə və çatdırılma sürətinə görə Avropa dövlətləri üçün cəlbedici seçim ola biləcəyini təklif etdi. "Soyuq Müharibədən sonra Avropa müdafiə sənayesinin həcmini azaltdı. Onun əvvəlki səviyyədə bərpası bir neçə il çəkəcək", - deyə müdafiə rəisi bildirib.

2022-ci ildə Polşa Cənubi Koreya şirkətləri ilə tank, haubitsa, təyyarə və MLRS tədarükü üçün 12,4 milyard dollar dəyərində böyük müqavilələr imzalayıb.

Oxuməni.az