Hindistan  ABŞ-la MQ-9B pilotsuz təyyarələrinin alınması ilə bağlı müqavilə bağlayacaq

Hindistan ABŞ-la MQ-9B pilotsuz təyyarələrinin alınması ilə bağlı müqavilə bağlayacaq

10 Sentyabr 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın sonuna qədər Hindistan hakimiyyəti ABŞ-la milli silahlı qüvvələr üçün 31 ədəd uzunmənzilli pilotsuz uçuş aparatının (PUA)- MQ-9B Predator alınmasına dair müqavilə bağlayacaq. Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistan bu məqsədlə ABŞ-ın General Atomics şirkətindən PUA-nın alınmasına təqribən 3,1 milyard dollar ayırıb. Müqavilə oktyabrın 31-dək imzalanmalıdır, əks halda istehsalçı qiymətə yenidən baxacaq.

Hindistan ABŞ-dan aldığı MQ-9B-ləri Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri arasında paylamağı və dronları Çin və Pakistan sərhədləri yaxınlığında yerləşən irəli bazalarda yerləşdirməyi planlaşdırır. Bildirilir ki, 31 pilotsuz təyyarədən 16-sı Hindistan Hərbi Dəniz Qüvvələrinə Hind-Sakit okean regionunda dəniz təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Oxuməni.az