Keyt Middlton kimya terapiyasını tamamladı

Keyt Middlton kimya terapiyasını tamamladı

10 Sentyabr 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Uels şahzadəsi Ketrin bazar ertəsi kimyaterapiya kursunu bitirdiyini və ilin sonuna qədər bəzi kral vəzifələrinə qayıtmağı planlaşdırdığını açıqlayıb.

O, həmçinin qeyd edib ki, tam sağalma prosesi uzun çəkəcək.

O: "Yay sona yaxınlaşdıqca, nəhayət, kimyaterapiyanı bitirməyin necə hiss olduğunu təsvir edə bilmirəm",- deyib.

Uels Şahzadəsi mətbuat ofisi vasitəsi ilə yaydığı açıqlamada bildirib:. “Son doqquz ay ailəmiz üçün inanılmaz dərəcədə çətin oldu. Həyat bir anda dəyişə bilər və biz bu çətinliyin öhdəsindən gəlməyin bir yolunu tapmalı olduq”.

Ketrinin ilin sonuna qədər bir neçə ictimai tədbirdə iştirak edəcəyi gözlənilir.

Oxuməni.az