ABŞ Rusiyaya  raket tədarükü ilə əlaqədar İrana qarşı ciddi tədbirlər görməyə hazırdır

ABŞ Rusiyaya raket tədarükü ilə əlaqədar İrana qarşı ciddi tədbirlər görməyə hazırdır

10 Sentyabr 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatları və tərəfdaşları Rusiyaya yaxın mənzilli ballistik raketlərin mümkün tədarükü ilə əlaqədar İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel deyib.

"Biz bu məlumatdan çox narahatıq. Biz G7 tərəfdaşlarımızla ciddi nəticələrə səbəb ola biləcək tədbirlər görməyə hazır olduğumuzu açıq şəkildə bildirdik", - Patel İranın Rusiyaya raket tədarükü ilə bağlı məlumatları şərh edərkən deyib.

Lakin o, konkret olaraq hansı tədbirlərdən danışdığını açıqlamayıb.

Xatırladaq ki, “The Wall Street Journal” Rusiyanın İrandan qısa mənzilli ballistik raketlər aldığını yazıb.

İran BMT-də Rusiyaya raket ötürülməsini təkzib edib. Lakin sonradan iranlı deputat Əhməd Baxşaiş Ardestani Tehranın raketləri Rusiyaya ötürdüyünü təsdiqləyib. O, bunun barterin bir hissəsi olduğunu qeyd edib. Müqavilənin digər hissəsi pilotsuz təyyarələrin tədarüküdür.

Oxuməni.az