İsrail ordusu Qəzza zolağında HƏMAS-ın komanda məntəqəsini məhv edib
İsrail Qəzza zolağının cənubunda təyin olunmuş humanitar zonada gizli fəaliyyət göstərən HƏMAS komandanlıq və nəzarət mərkəzinə hücum edib. Fələstin hakimiyyəti mülki vətəndaşların öldüyünü açıqlayıb.
Bu barədə Telegram kanalı və Reuters agentliyi məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, Xan Yunisdəki komanda mərkəzində yerləşən terrorçular “İD qoşunlarına və İsrailin mülki əhalisinə qarşı terror planları hazırlayıblar”.
Ordu, dəqiq idarə olunan sursatların və kəşfiyyat məlumatlarının istifadəsi də daxil olmaqla, "hücumdan əvvəl mülki şəxslərə zərər vurma ehtimalını minimuma endirmək üçün bir neçə addım atdığını" söylədi.
Oxuməni.az
Digər xəbərlər