Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyadan 14 uşağın geri qaytarıldığını açıqlayıb
Valideynlərinin nəzarətində kənarda qalan Özbəkistan vətəndaşı olan 14 uşaq Sankt-Peterburqdan Daşkəndə qaytarılıb. Onların əksəriyyətinin valideynləri ölkədə qalma qaydalarını pozduqları üçün Rusiyadan deportasiya ediliblər.
Uşaqlar sentyabrın 7-də Rusiyanı tərk ediblər. “Baş Konsulluq tərəfindən uşaqlara vətənə qayıtmaları üçün müvafiq sənədlər verilib”, - məlumatda deyilir. Uşaqların qaytarılmasında Rusiya Daxili İşlər Nazirliyinin və Sankt-Peterburq Səhiyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
2022-ci ildə Rusiyada valideyn himayəsindən məhrum olmuş uşaqların - Özbəkistan vətəndaşlarının axtarışı və vətənə qaytarılması üçün Özbəkistanda xüsusi idarələrarası qrup yaradılıb. O vaxtdan bəri, yerli hakimiyyət orqanlarının səyləri nəticəsində Rusiyadan 50-dən çox uşaq Özbəkistana qaytarılıb.
Oxuməni.az