Aİ Venesuela hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıb
Avropa İttifaqı Venesuela hakimiyyətini müxalifətə qarşı repressiyaları dayandırmağa və bütün siyasi məhbusları azad etməyə çağırıb. Bu, müxalifət lideri Edmund Qonqales ölkəni tərk etmək məcburiyyətində qaldıqdan sonra baş verib.
Deutsche Welle xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell deyib.
O qeyd edib ki, Venesuela prezidentliyinə namizəd Qonqales seçkilər zamanı siyasi təqiblərə məruz qalıb və “onun təhlükəsizliyi və azadlığına birbaşa təhdidlər yaranıb”.
“Aİ təkid edir ki, Venesuela hakimiyyəti müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı repressiyaları, əsassız həbsləri və təqibləri dayandırsın və bütün siyasi məhbusları azad etsin”, - bəyanatda deyilir.
Oxuməni.az
Digər xəbərlər