Yunanıstan iki adanı ziyarət edənlərə ödəniş tətbiq edəcək
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib ki, yay mövsümünün pik dövründə Santorini və Mikonos adalarını ziyarət etmək üçün hər sərnişindən 20 avroödəniş alınacaq.
Bu barədə “Reuters” xəbər verir.
O, Yunanıstanın yalnız bir neçə turistik yerində həddindən artıq turizm problem olduğunu söyləyib.
"Yunanıstanın həddindən artıq turizmlə bağlı struktur problemi yoxdur... Onun bəzi turistik yerlərində ilin müəyyən həftələri və ya ayları ərzində ciddi problem yaranır. Kruiz gəmiçiliyi Santorini və Mikonosu narahat edir" deyə izah etdi.
Mitsotakis izah etdi ki, bu adalara səyahət edən kruiz gəmisi sərnişinlərindən alınan ödənişin bir hissəsi infrastruktura investisiya etmək üçün yerli icmalara köçürüləcək.
Oxuməni.az
Digər xəbərlər