Birləşmiş Ştatlar İraqla qoşunların 2026-cı ilin sonuna qədər çıxarılması barədə razılığa gəlib

Birləşmiş Ştatlar İraqla qoşunların 2026-cı ilin sonuna qədər çıxarılması barədə razılığa gəlib

7 Sentyabr 12:33
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdan çıxarılması ilə bağlı Vaşinqton və Bağdad arasında ilkin razılaşmalar əldə edilib. Bu, bir neçə mərhələdə və ümumilikdə 2026-cı ilin sonuna qədər baş verməlidir.

Bu barədə “Reuters” xəbər verir.

Qərb xəbər agentliyi mənbələrinin məlumatına görə, plan birinci ildə yüzlərlə ABŞ hərbi qulluqçusunun çıxarılmasını nəzərdə tutur (son tarix gələn ilin sentyabrıdır), yerdə qalan qüvvələr isə 2026-cı ilin sonuna kimi çıxarılacaq.

Bu arada qeyd edilir ki, ümumi razılaşdırılmış plan hələ də hər iki paytaxtdan yekun təsdiq tələb edir və elan tarixi məsələsi açıq qalır.

ABŞ-ın yüksək rütbəli rəsmisi Reuters-ə deyib: “Bizim razılaşmamız var, indi bunu nə vaxt elan etmək qalır”.

Bu ay razılaşmanın elan oluna biləcəyi ehtimalı var.

Rəsmi açıqlamanın bir neçə həftə əvvələ planlaşdırıldığı, lakin İsrailin Qəzza zolağında hərbi əməliyyatları ilə bağlı regional eskalasiya və Qərb mediası mənbələrinin bəzi detalları dəqiqləşdirmək üçün təxirə salındığı bildirilir.

Bundan əlavə, Reuters yazır, Birləşmiş Ştatlar və İraq da yeni məşvərətçi münasibətlər qurmağa çalışırlar ki, bunun sayəsində Amerika qoşunlarının bir hissəsi geri çəkildikdən sonra İraqda qala bilər.

Əziz Mustafa