Qadını 6-cı mərtəbənin pəncərəsindən atıb maşına mindirib aparmağa cəhd ediblər
Sankt-Peterburqda Qırğızıstan vətəndaşlarının iştirakı ilə fövqəladə hadisə baş verib, Rusiyanın “78.ru” nəşri və Sankt-Peterburq və Leninqrad vilayətinin özəl mühafizəsi məlumat yayıb.
Sentyabrın 2-də gecə saat iki radələrində polisə Zastavskaya küçəsindəki binanın 6-cı mərtəbəsindən qızın atılması barədə məlumat daxil olub. Hadisə yerinə Rusiya Milli Qvardiyasının əməkdaşları və polis gəlib. Onlar iki oğlanın huşsuz vəziyyətdə olan zərərçəkmişi “VAZ 2114” markalı avtomobilə yüklədiyini görüblər.
KİV-in məlumatına görə, onlarla birlikdə daha bir qız da olub və hadisənin bütün iştirakçıları Qırğızıstan vətəndaşıdır.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib: baş, döş qəfəsi, qarın, qol və ayaq nahiyəsindən xəsarətlər, həmçinin qapalı kəllə-beyin travması, beyin əzilməsi və sağ bud nahiyəsinin sınığı olub. Onun vəziyyəti ağırdır. Qız reanimasiyaya yerləşdirilib.
Oxuməni.az