Qazaxıstan silsilə terror aktlarının qarşısının alındığını elan edib

Qazaxıstan silsilə terror aktlarının qarşısının alındığını elan edib

3 Sentyabr 20:30
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda müxtəlif bölgələrdə 6 nəfər saxlanılıb və onların silsilə terror aktlarının qarşısı alınıb. Bu barədə Respublika Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Destruktiv dini cərəyanın tərəfdarı olan 5 Qazaxıstan vətəndaşı və bir əcnəbi saxlanılıb”, - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Saxlanılanlar açıq şəkildə terror aktına çağırışda şübhəli bilinirlər. Onları 5 ildən 12 ilə qədər həbs gözləyir.

Həmçinin maddi sübutlar, o cümlədən üç canlı qumbara götürülüb. Saxlanılan şəxslərdən ikisi əvvəllər quldurluq və oğurluq cinayətlərinə görə məhkum olunublar.

Orxan Rəhimov