Netanyahunun Filadelfiya dəhlizi ilə bağlı sözləri Qəzza danışıqlarını poza bilər

Netanyahunun Filadelfiya dəhlizi ilə bağlı sözləri Qəzza danışıqlarını poza bilər

3 Sentyabr 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Binyamin Netanyahunun ölkənin Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində olmadığı barədə bəyanatı Fələstinin Həmas hərəkatı ilə atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlarda əldə edilən bütün irəliləyişi təhlükə altına qoyub. Bu barədə CNN müzakirələrlə tanış olan mənbəyə istinadən məlumat yayıb.

CNN-in qeyd etdiyi kimi, Qəzza zolağında altı ölü girovun cəsədinin tapılması ilə bağlı xəbərlərdən sonra tərəflər tez bir zamanda razılaşmanın yollarını müzakirə etdilər, lakin Netanyahunun sözləri razılaşma əldə etmək üçün bütün səyləri təhlükə altına qoydu. CNN mənbədən sitat gətirib: "Bu adam bir çıxışı ilə hər şeyi təhlükəyə atdı".

Oxuməni.az