Venesuela məhkəməsi müxalifət liderinin həbsinə order verib

Venesuela məhkəməsi müxalifət liderinin həbsinə order verib

3 Sentyabr 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela hakimi müxalifətdən prezidentliyə keçmiş namizəd Edmund Qonzalesin həbsinə order verib. O, seçkilərdə hazırkı dövlət başçısı Nikolas Maduronun əsas rəqibi olub.

Bu barədə Associated Press xəbər verir.

Qeyd olunur ki, order 75 yaşlı Qonzalesi sui-qəsd, sənədləri saxtalaşdırma və səlahiyyətləri qəsb etmək kimi bir sıra cinayətlərdə ittiham edən Venesuela hakimiyyətinin tələbi əsasında verilib.

Bu, hakim partiyaya sadiq olan seçki komissiyasının nümayəndələri Maduronun üçüncü prezidentlik müddətinə yenidən seçildiyini elan etdikdən sonra bir ay ərzində müxalifətə qarşı repressiyaların güclənməsi üçün atdığı növbəti addım idi.

Oxuməni.az