Putin Monqolustana rəsmi səfərə gəlib
Rusiya prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gəlib. Onu Ulan-Bator hava limanında xarici işlər naziri Batmunx Batsetseq qarşılayıb.
Putinin Monqolustana səfəri iki gün davam edəcək. Sentyabrın 3-də Rusiya prezidentinin Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşəcəyi, həmçinin bir sıra sənədlər imzalayacağı və Georgi Jukovun abidəsi önünə gül dəstələri qoyacağı gözlənilir.
Putinin səfəri 1939-cu ildə Xalxin Qolda Sovet və Monqolustan qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə təsadüf edir.
Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvüdür. Bu, Putinin həbs qərarı verildikdən sonra Roma Statutunu ratifikasiya etmiş ölkəyə ilk səfəridir.
Oxuməni.az
Digər xəbərlər