Almaniyada keçirilən seçkilərdə ifrat sağçılar ilk dəfə qalib gəlib

Almaniyada keçirilən seçkilərdə ifrat sağçılar ilk dəfə qalib gəlib

2 Sentyabr 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada Türingiya əyalətində keçirilən regional seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası qalib gəlib.

Bu, yerli ARD telekanalının keçirdiyi “exit-poll”un nəticələridir.

Bu, AfD-nin birinci yeri tutduğu ilk əyalət seçkisidir. O, 30,8 faiz səs toplayıb. Daha sonra səslər aşağıdakı kimi bölüşdürülüb:

Almaniya Xristian Demokrat İttifaqı (CDU) – 24,5%;

Sara Vaqenknext ittifaqı - 15,8%;

Sol - 12,4%;

Scholz Sosial Demokratları - 7%;

Yaşıllar - 4%;

Azad Demokratlar - 1,2%.

Xatırladaq ki, son üç partiya Almaniyanın hazırkı hakim koalisiyasına daxildir.

Eyni zamanda, Saksoniya ştatında keçirilən seçkilərdə AfD ikinci yeri tutmaqla yanaşı, həm də səslərin üçdə birindən bir qədər az - 30,2 faiz səs toplayıb. CDU 31,6% ilə birinci yerdədir.

Oxuməni.az