Şolts miqrantların deportasiyasının miqyasını artıracağını vəd edib

Şolts miqrantların deportasiyasının miqyasını artıracağını vəd edib

27 Avqust 2024 07:30
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya hakimiyyəti ölkədə olmaq hüququ olmayan şəxslərin ölkədən çıxarılması üçün bütün mümkün tədbirləri görməlidir. Bunu Almaniya kansleri Olaf Şolts Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı deyib.

“Biz hər şeyi etməliyik ki, mümkünsə, ölkəmizdə belə hadisələr baş verməsin. Əlimizdə olan, edilə bilən hər şey edilməlidir”, - deyə o bildirib.

Siyasətçi həmçinin bəyan edib ki, ölkə hakimiyyəti silah gəzdirmə qaydalarını, xüsusən də bıçaqla bağlı qaydaları növbəti dəfə sərtləşdirəcək.

Solingendə hücum avqustun 23-də baş verib. Hücum nəticəsində 10-dan çox adam yaralanıb. Terror aktını törədənin bir neçə il əvvəl Almaniyaya gəlmiş qaçqın olduğu üzə çıxıb. Lakin o, Almaniyadan sığınacaq üçün icazə ala bilməyib.

2023-cü ildə miqrant Bolqarıstana göndərilməli idi, çünki o, Bolqarıstan vasitəsilə Avropa İttifaqına daxil olub. Qaçqını deportasiya etmək mümkün olmayıb, polis onu altı ay ərzində tapa bilməyib. Miqrant özü gəlib, ikinci dəfə sığınacaq istəyib və Solingendə müvəqqəti yaşayış yeri alıb.

Oxuməni.az