İsrail İranın xüsusi xidmət orqanlarını sosial şəbəkələrdə öz vətəndaşlarını işə cəlb etməkdə ittiham edib

İsrail İranın xüsusi xidmət orqanlarını sosial şəbəkələrdə öz vətəndaşlarını işə cəlb etməkdə ittiham edib

9 Avqust 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

İranın kəşfiyyat agentləri yəhudi dövlətinin təhlükəsizliyinə xələl gətirə biləcək tapşırıqları yerinə yetirmək üçün sosial şəbəkələrdə İsrail vətəndaşlarını işə cəlb edir. Bu barədə “The Jerusalem Post” yazıb.

İsrailin Baş Təhlükəsizlik Xidmətinin məlumatına görə, İsrail əks-kəşfiyyatı sosial şəbəkələrdə israillilərə layiqli maaşla “maraqlı və həyəcanverici” işlər görməyi təklif edən çoxlu sayda saxta hesablar aşkar edib və izləyib.

Vətəndaşların çoxu bu təkliflərə məhəl qoymayıb, həm də səlahiyyətli orqanlara müraciət ediblər.

Oxuməni.az