Ərdoğanla mübahisə edən ABŞ səfiri Türkiyəni tərk edib

Ərdoğanla mübahisə edən ABŞ səfiri Türkiyəni tərk edib

8 Avqust 20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın diplomatın 2023-cü il prezident seçkilərində rəqibi Kamal Kılıçdaroğlu ilə təmaslarına görə “qapılarını bağladığı” ABŞ səfiri Ceff Fleyk Türkiyəni tərk edib. Bu barədə “Star” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Fleyk Türkiyədə olmaqdan məmnun olduğunu, üç il əvvəl buraya gəlməyi səbirsizliklə gözlədiyini və indi getməyin onun üçün çox çətin olduğunu bildirib.

Nəşr aydınlıq gətirir ki, amerikalı səfir ev sahibi ölkədə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə paytaxtını tərk edir.

Oxuməni.az