Avqustun 9-da Astanada “Mərkəzi Asiya+Yaponiya” dialoqunun ilk sammiti keçiriləcək
.Yaponiya hökumətinin başçısı Fumio Kişida avqustun 9-10-da Qazaxıstanda rəsmi səfərdə olacaq və “Mərkəzi Asiya+Yaponiya” dialoqunun birinci sammitində iştirak edəcək. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə Yaponiyanın Baş naziri Fumio Kişida avqustun 9-10-da Qazaxıstana rəsmi səfər edəcək. “Mərkəzi Asiya+Yaponiya” dialoqunun ilk sammiti keçiriləcək Astanada”,-deyə mətndə qeyd edilir.
Bundan əlavə, Tokayev və Kişida arasında ikitərəfli danışıqlar avqustun 10-na planlaşdırılıb.
Ötən gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev iki günlük dövlət səfəri üçün Astanaya gəlib. Avqustun 9-da Astanada Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşü də keçiriləcək.
Oxuməni.az