Nüvə silahlarının yaradılması münaqişə ehtimalını artıracaq

Nüvə silahlarının yaradılması münaqişə ehtimalını artıracaq

6 Avqust 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqtonun Moskva və Pekinlə paritet naminə nüvə silahı yaratması yalnız nüvə münaqişəsi ehtimalını artıracaq. Quincy İnstitutunun Məsuliyyətli Hökumət üzrə analitiki Uilyam Hartunq bu barədə Responsible Statecraft üçün yazdığı məqalədə bildirib.

“Heritage Foundation” mühafizəkar beyin mərkəzinin Amerikanın nüvə imkanlarının genişləndirilməsini təklif edən hesabatını şərh edən Hartunq belə bir strategiyanın mümkünsüz olduğunu qeyd edib. Onun fikrincə, Heritage Foundation analitikləri keçmişdə bataqlığa düşüblər. Onların təklif etdikləri tədbirlər nüvə təhlükəsinin azalmasına səbəb olmayacaq, əksinə, onu daha da artıracaq.

Hartunq vurğulayıb ki, ABŞ hökuməti Soyuq Müharibə silahlanma yarışına qayıtmaq əvəzinə Rusiya və Çinlə münasibətlərdə gərginliyi azaltmaq üçün yollar axtarmalıdır.

Oxuməni.az