Yaponiyanın baş naziri Xirosimaya bombanı kimin atdığını qeyd etməyib

Yaponiyanın baş naziri Xirosimaya bombanı kimin atdığını qeyd etməyib

6 Avqust 07:45
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın baş naziri Fumio Kişida Amerikanın atom bombasının 79-cu ildönümü münasibətilə Xirosimada Sülh Memorial Parkında keçirilən anım mərasimində Rusiya Federasiyasından gələn nüvə silahı təhlükəsi versiyasını yenidən təkrarlayıb. Bu barədə TASS məlumat yayıb.

“Rusiyanın atom silahından istifadə etmək təhdidləri fonunda nüvə tərksilahı ilə bağlı vəziyyət getdikcə çətinləşir”, - deyə siyasətçi qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, Yaponiya atom bombasından zərər çəkmiş ölkə kimi “nüvə silahı olmayan” dünyaya nail olmaq üçün əlindən gələni etməyə davam edəcək.

O qeyd edib ki, Xirosima və Naqasakinin 79 il əvvəl çəkdiyi iztirablar bir daha təkrarlanmamalıdır. Eyni zamanda Kişida ABŞ-ın atom bombasını atması ilə bağlı susur. RİA Novosti bu fakta diqqət çəkib.

İyulun sonunda Yaponiyanın Xirosima prefekturasının qubernatoru Hidehiko Yuzaki Yaponiyanın Amerika nüvə silahlarından artan asılılığından narahatlığını bildirib.

Oxuməni.az