Keçmiş müdafiə naziri Sergey Şoyqu İrana rəsmi səfərə gəlib
Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu İrana rəsmi səfərə gəlib. Bu barədə TASS Rusiya Təhlükəsizlik Şurasının aparatına istinadən məlumat yayıb.
Keçmiş müdafiə naziri Tehranda İran prezidenti Məsud Pezeşkian tərəfindən qəbul ediləcək.
İranda Şoyqunun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla da görüşü nəzərdə tutulub. Bundan əlavə, Müdafiə Nazirliyinin keçmiş rəhbəri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə də danışıqlar aparacaq.
Oxuməni.az
Digər xəbərlər