İsrail İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir

İsrail İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir

5 Avqust 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

. İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məlumata görə, avqustun 4-ü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib. Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da var idi.

Nəşr qeyd edir ki, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.

Oxuməni.az