Cənubi Koreya silahlarının Ukraynaya tədarükü cəbhədə vəziyyəti dəyişdirməyəcək

Cənubi Koreya silahlarının Ukraynaya tədarükü cəbhədə vəziyyəti dəyişdirməyəcək

5 Avqust 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyanın Ukraynaya mümkün silah tədarükü xüsusi hərbi əməliyyat çərçivəsində vəziyyəti dəyişməyəcək, əksinə, Rusiya ilə Koreya Respublikası arasında münasibətləri pisləşdirəcək. Bunu TASS-ın müxbiri ilə söhbətində Avrasiya Strateji Araşdırmalar İnstitutunun direktoru, Koreya Respublikasının Rusiyadakı səfirliyinin keçmiş nazir-müşaviri Pak Pyonq-hvan deyib.

O xatırladıb ki, Koreya Respublikası iyunun 19-da Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş bağladıqdan sonra Ukraynaya silah verməkdən imtina siyasətinə yenidən baxacağını bəyan edib. Seul Kiyevə humanitar və maliyyə yardımı, mina detektorları kimi ölümcül olmayan hərbi əşyalar göndərdi, lakin silah göndərmədi.

"Koreya Respublikasından Ukraynaya silah tədarükü döyüş meydanındakı vəziyyətə o qədər də təsir etməyəcək" - deyə ekspert bildirib.

Oxuməni.az