ABŞ İsrailə kömək üçün Yaxın Şərqə təyyarədaşıyan gəmilər göndərəcək
ABŞ Yaxın Şərqə yeni aviadaşıyıcı zərbə qrupu göndərəcək, həmçinin regionda və İsraildə Amerika hərbçilərinin müdafiəsini gücləndirmək üçün orada əlavə raketdən müdafiə qüvvələri yerləşdirəcək. Bu barədə Pentaqonun saytında məlumat verilib.
Mətndə Pentaqonun rəhbəri Lloyd Ostinin USS Abraham Lincoln aviadaşıyıcısının zərbə qrupunun hazırda Yaxın Şərqdə olan USS Teodor Ruzveltlə əvəz edilməsi əmri verdiyi qeyd edilir. ABŞ Mərkəzi Komandanlığı və Avropa Komandanlığının məsuliyyət zonalarına əlavə kreyserlər və esmineslər də göndəriləcək. Bu gəmilər raketdən müdafiəni gücləndirməyə kömək edəcək. Pentaqon ABŞ qoşunlarının yerüstü raket əleyhinə müdafiə sistemlərini yerləşdirməyə hazırlığını artırmağı planlaşdırır.
Bundan əlavə, Pentaqon rəhbəri İsrailin hava hücumundan müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə daha bir döyüş təyyarəsi eskadrilyasının göndərilməsi barədə göstəriş verib, bəyanatda deyilir. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqin sözlərinə görə, əlavə müdafiə imkanlarının yerləşdirilməsi İran və Tehranın dəstəklədiyi qrupların İsrailə qarşı təhdidlərinə cavab olacaq.
Oxuməni.az