Aİ və NATO əleyhinə “Vahid Neytral Gürcüstan” yeni ictimai-siyasi hərəkatı yaradılıb

Aİ və NATO əleyhinə “Vahid Neytral Gürcüstan” yeni ictimai-siyasi hərəkatı yaradılıb

10 İyul 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Tbilisidə ölkənin Aİ və NATO-ya inteqrasiyasına qarşı çıxan “Vahid Neytral Gürcüstan” yeni ictimai-siyasi hərəkatının təqdimatı olub. Təqdimat “İmedi” və “Rustavi 2” telekanalları tərəfindən canlı yayımlanıb.

Hərəkatın lideri Vato Şakaraşvili bildirib ki, Gürcüstan və Ukrayna NATO-nun tərəfdaş ölkələri olub və bunun Ukraynanı hara apardığını hər kəs aydın görə bilər. Onun sözlərinə görə, Gürcüstan bütün ölkələrlə dost olmaqda davam etməklə müstəqil və neytral dövlət qurmalıdır.

Avropa İttifaqına gəlincə, Şakaraşvili Aİ-nin son illərdə iqtisadi durğunluq yaşadığını deyib. Onun sözlərinə görə, indiki geosiyasi vəziyyəti nəzərə alsaq, Avropa İttifaqının hətta bir neçə ildən sonra mövcud olub-olmayacağını heç kim bilmir.

Şakaraşvilinin qeyd etdiyi kimi, ictimai hərəkat bir ildən sonra siyasi partiyaya çevriləcək və 2028-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Oxuməni.az