ABŞ-ın Avropadakı hərbi bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib

ABŞ-ın Avropadakı hərbi bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib

10 İyul 12:13
Bəyəndim (0) Bəyənmədim (0)


“Rusiya tərəfindən dəstəklənən aktyorların” ABŞ hərbi personalı və ya obyektlərinə qarşı təxribat törədə biləcəyinə dair məlumatlara əsasən, Avropadakı ABŞ hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

CNN mənbələrinə görə, ABŞ kəşfiyyatı Rusiyanın “ABŞ bazalarını və hərbi personalını hücumlar i nəzərdən keçirdiyini” aşkar edib.

CNN iyunun 30-da ABŞ-ın Avropadakı hərbi bazalarının yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib. Xüsusilə, Almaniyanın Ştutqart şəhərindəki Amerika bazasında döyüş hazırlığı gücləndirilib. Bazada Silahlı Qüvvələrin Avropa Komandanlığının qərargahı yerləşir. Telekanalın məlumatına görə, ABŞ-ın Avropadakı hərbçiləri ən azı 10 ildir ki, bu səviyyədə təhlükə ilə üzləşməyib.

Oxuməni.az