Yuliya Navalnaya Rusiyaya qayıtsa həbs ediləcək

Yuliya Navalnaya Rusiyaya qayıtsa həbs ediləcək

10 İyul 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva məhkəməsi Yuliya Navalnayanı qiyabi həbs edib. O, axtarışda olanlar siyahısına salınıb
Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Yuliya Navalnayanı Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə qiyabi olaraq həbs edib.

Navalnaya Rusiyaya qayıdarsa və ya ekstradisiya edilərsə, o, iki ay müddətinə həbs olunacaq.

Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnının dul qadını Yuliya Navalnaya 2021-ci ilin fevralında əri həbs olunduqdan sonra Rusiyanı tərk edib.

İyulun əvvəlində Yuliya Navalnaya İnsan Haqları Fondunun insan haqları təşkilatının rəhbəri oldu.

Oxuməni.az