 
    
    Baltik dənizi NATO-nun daxili dənizinə çevrilib
Polşa Baltik dənizində minadüzmə təlimlərinə başlayıb. Bunu Polşa milli müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.
“Biz NATO ölkələrinin Baltik dənizində müdafiəsini gücləndiririk, NATO-nun qarşıdan gələn sammiti ilə əlaqədar mən Milli Müdafiə Nazirliyi adından dəniz minalarının və onların quraşdırılması üçün dəniz təlimlərinin birgə alınması ilə bağlı niyyət məktubu imzaladım”, - Polşa Müdafiə Nazirliyinin rəis müavini rəsmi X-account-a açıqlamasında bildirib.
Öz növbəsində, PAP agentliyinin verdiyi məlumata görə, Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bu sənədin imzalanmasını şərh edərkən bildirib ki, Finlandiya və İsveçin NATO-ya qəbulundan sonra Baltik dənizi əslində ittifaqın daxili dənizinə çevrilib.
Oxuməni.az
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    





































































