Husilər PUA-larla  üç ticarət gəmisinə hücum ediblər

Husilər PUA-larla üç ticarət gəmisinə hücum ediblər

10 İyul 07:56
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin şimalını idarə edən şiə Ənsar Allah (Husi) hərəkatı son 24 saat ərzində Ərəbistan dənizi və Ədən körfəzində İsrail və ABŞ-a bağlı gəmilərə üç hücum təşkil etdiyini bildirib. Bu məlumatı Husi nümayəndələri Əl-Masirah telekanalına göndərdikləri mesajda çatdırıblar.

Hadisələrdən biri Ərəbistan dənizində baş verib ki, orada Amerikanın “Maersk Sentosa” gəmisi bir neçə qanadlı və ballistik raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

İsrailin Ədən körfəzində MSC Patnaree gəmisinə pilotsuz uçuş aparatları vasitəsilə növbəti hücum həyata keçirilib. Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissələrinə nəzarət edən husilər Fələstinə dəstək ifadə edərək, İsraillə əlaqəsi olan gəmilərə hücum etmək niyyətində olduqlarını bildirərək, digər ölkələri ekipajlarını onlardan geri çəkməyə və dənizdə onlara yaxınlaşmamağa çağırıblar. Onlar regionda naviqasiya azadlığına mane olmadıqlarını və başqa ölkələrin gəmilərinə toxunmayacaqlarını vurğulayıblar.

Qırmızı dənizdə baş verən hadisələrlə əlaqədar bəzi şirkətlər bu marşrutla daşımaları müvəqqəti dayandırmaq qərarına gəliblər.

Husilərin Qərbi Qırmızı dəniz ətrafında “böhran bataqlığında” batırmaq istədiyi daha əvvəl bildirilmişdi.

Oxuməni.az