Sincan-Uyğur Muxtar Bölgəsində "Şahin Qalxanı 2024" birgə hərbi hava qüvvələri təlimi keçirilir

Sincan-Uyğur Muxtar Bölgəsində "Şahin Qalxanı 2024" birgə hərbi hava qüvvələri təlimi keçirilir

10 İyul 07:21
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Hərbi Hava Qüvvələri (HHQ) Sincan-Uyğur Muxtar Bölgəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə "Şahin Qalxanı 2024" təlimi keçirir. Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin WeChat sosial şəbəkəsindəki səhifəsində deyilir ki, manevrlər respublikanın şimal-qərbində iyunun sonunda başlayıb və iyulun sonunadək davam edəcək. Nazirlikdən bildirilib ki, bu formatda təlimlər ikinci dəfədir keçirilir və “qarşılıqlı anlaşma və etimadı gücləndirmək, iki ölkənin Hərbi Hava Qüvvələri arasında mübadilə və əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır”.

Oxuməni.az