İranda pensiyaların və  işsizlik müavinətlərinin artırılması tələb edilir

İranda pensiyaların və işsizlik müavinətlərinin artırılması tələb edilir

9 İyul 19:29
Bəyəndim (0) Bəyənmədim (0)

Tehran da daxil olmaqla, İranın ən azı on şəhərində sakinlər pensiyaların və digər sosial müavinətlərin artırılması, eləcə də iş şəraitinin yaxşılaşdırılması tələbi ilə aksiya keçiriblər. Bu barədə İran İnternational məlumat yayıb.

Etirazlar bazar günü mötədil islahatçı Məsud Pezeşkianın (Pezeşkian) qələbəsi ilə nəticələnən növbədənkənar prezident seçkilərinin ikinci turu fonunda keçirilib. Küçələrə əsasən pensiyaçılar və əvvəllər neft-kimya müəssisələrində işləmiş işsiz kişilər çıxıb.

Nümayişçilər təqaüd və müavinətlərin yoxsulluq həddinin faktiki səviyyəsinə qədər artırılmasını, pulsuz və keyfiyyətli tibbi xidmətlərin göstərilməsini, iş yerlərinin təmin edilməsini və maaşların artırılmasını tələb ediblər.

Oxuməni.az