Ukraynalılara qarşı döyüşən hindistanlı muzdlular ordudan tərxis ediləcəklər

Ukraynalılara qarşı döyüşən hindistanlı muzdlular ordudan tərxis ediləcəklər

9 İyul 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putin görüşdə Ukraynadakı münaqişə zonasından öz vətəndaşlarının tərxis edilməsi barədə Putini razı sala bilib. Bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.

“Rusiya ordusunda xidmət edən və Ukraynada hərbi əməliyyatlarda iştirak edən hindistanlılar ordudan tərxis edilərək vətənlərinəə göndəriləcəklər”, - məlumatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, təxminən iki onlarla Hindistan vətəndaşı onlara yaxşı maaşlı iş vəd edən agentlər tərəfindən işə götürüldükdən sonra döyüş bölgəsinə göndəriliblər. Hindistanın xarici işlər naziri Vinay Kvatranın sözlərinə görə, 30-40 hindistanlı Rusiya ordusunda xidmət edə bilər, onlardan 10-u artıq vətənə qayıdıb.

Oxuməni.az