Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb

Gürcüstanın Aİ-yə üzvlüyü prosesi dayandırılıb

9 İyul 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ ölkələrinin liderləri Gürcüstanın Aİ-yə qəbulu prosesini dayandırmağa razılaşıblar, çünki rəsmi Tbilisinin niyyətləri Avropa İttifaqı liderləri üçün aydın deyil. Bu barədə jurnalistlərə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

“Xarici Təsirdə Şəffaflıq Aktının qəbulu açıq şəkildə geriyə doğru bir addımdır. Həmçinin, Gürcüstan rəhbərliyinin anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Bu, həqiqətən də kədərli və ürəkağrıdandır”, - deyə səfir bildirib.

Qerçinski ümid etdiyini bildirib ki, “oktyabrda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, bu hökuməti kim formalaşdırsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlayacaq”.

O, həmçinin bildirib ki, Avropa İttifaqı Gürcüstanın Müdafiə Nazirliyi üçün ayrılan 30 milyon avronu dondurub.

Oxuməni.az