Parlament seçkilərindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyi baş verə bilər

Parlament seçkilərindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyi baş verə bilər

9 İyul 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

“SVR-a daxil olan məlumat Vaşinqtonun oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd etmək əzmini göstərir”, - SVR-nin mətbuat bürosunun məlumatında deyilir.

Departamentin bəyanatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası ölkənin hakim “Gürcü Arzusu” partiyasını nüfuzdan salmaq üçün böyük informasiya kampaniyası hazırlayıb.

Bundan əvvəl ABŞ Gürcüstanla bütün əməkdaşlıq proqramlarına yenidən baxılacağını elan edib. ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter Vaşinqtonun bu addımını Tbilisinin hazırkı siyasi kursunu dəyişmək istəməməsi ilə izah edib.

Oxuməni.az