Avropa İttifaqı (Aİ) Macarıstanı cəzalandırmağa hazırlaşır

Avropa İttifaqı (Aİ) Macarıstanı cəzalandırmağa hazırlaşır

9 İyul 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ ölkələri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Macarıstanın Aİ Şurasına altı aylıq sədrliyini ləğv etməyi düşünür.

Bu barədə EUobserver portalı avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Aİ səfirləri iyulun 10-da Aİ-dəki Daimi Nümayəndələr Komitəsinin iclasında Orbanın Moskva və Pekinə səfərini müzakirə edəcəklər.

Portalın məlumatına görə, Avropa İttifaqı Orbanın səfərləri zamanı yalnız Budapeşt adından hərəkət etdiyi barədə bəyanatlara baxmayaraq, Aİ Şurasına Macarıstanın sədrliyinin loqotipindən istifadə etməsindən narazıdır.

Portalın mənbələri iddia edir: bəzi ölkələr pərdə arxasında Macarıstanın sədrlikdən məhrum edilə biləcəyi və onun yerini bu ilin sonuna kimi iki ölkənin - İspaniya və Belçikanın tutacağı ssenaridən danışırlar.

Bundan əlavə, portal xəbər verir ki, bir neçə Avropa ölkəsi Avropa Siyasi Birliyinin (APC) sammitinin keçiriləcəyi yerin Budapeştdən köçürülməsi imkanını müzakirə edir, bu barədə qeyri-rəsmi qərar iyulun 18-də Londonda verilə bilər.

Oxuməni.az