PUA-ların hücumu nəticəsində ölənlər və yaralananlar var

PUA-ların hücumu nəticəsində ölənlər və yaralananlar var

9 İyul 10:40
Bəyəndim (0) Bəyənmədim (0)



Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, bölgəyə gecə hücumu nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Dörd mülki şəxs həlak olub, 20 nəfər yaralanıb, 17 nəfərin tibb müəssisələrində müalicəsi davam edir, iki nəfərin vəziyyəti ağırdır”, - qubernator öz telegram kanalında bildirib.

O, həmçinin əlavə edib ki, son 24 saat ərzində Belqorod vilayətində 160-a yaxın mənzil, 60 fərdi ev və 140-a yaxın avtomobil zədələnib. Bütün əməliyyat xidmətləri aktivləşdirilib və bərpa işləri aparılır.

Oxuməni.az