Məşhur festival start götürüb

Məşhur festival start götürüb

8 İyul 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyada öküz qaçışı ilə məşhur olan ənənəvi San Fermin festivalı başlayıb. Pamplonada keçirilən festivalda ilk öküz qaçışı keçirilib.

İspaniyanın şimalındakı Pamplona şəhərində insanların küçələrdə öküzlərlə qaçması ilə məşhur olan San Fermin festivalı başlayıb.

“Pamplonlular, yaşasın San Fermin” şüarı ilə eyvandan atılan fişənglə minlərlə insan festivalın ruhuna xas ağ şalvar və köynək geyinərək, boyunlarına qırmızı yaylıq taxaraq bələdiyyə meydanına axışıblar. 14 iyula qədər davam edəcək festivalın açılışı bu cür qeyd edilib.

Oxuməni.az