Qəzza zolağına silah qaçaqmalçılığının qarşısı alınacaq

Qəzza zolağına silah qaçaqmalçılığının qarşısı alınacaq

8 İyul 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Misir bəyan edib ki, girovların qaytarılması ilə bağlı razılaşma və atəşkəs əldə olunarsa, Qahirə Qəzza zolağına silah qaçaqmalçılığının qarşısını almaq üçün ABŞ-la birlikdə yüksək texnologiyalı yeraltı sədd tikəcək.

İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam İsrailin Misirdən Qəzza zolağına silah qaçaqmalçılığının qarşısının alınması da daxil olmaqla, razılaşmaya dair danışıqlara girməyən tələblərinin siyahısını təqdim edib.

İsrail ordusu Misirlə Qəzza zolağı arasında ən azı 25 qaçaqmalçı tunel aşkarlayıb. Tunellərin bəzilərinin mövcudluğu əvvəllər İDF-yə məlum idi, digərləri isə ilk dəfə olaraq qoşunların sərhəd bölgəsinə daxil olduğu zaman aşkar edilib.

Oxuməni.az