İranın yeni seçilmiş prezidenti Məhəmməd Baqir Qalibafla görüşüb

İranın yeni seçilmiş prezidenti Məhəmməd Baqir Qalibafla görüşüb

8 İyul 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə görüşüb.

İnternetdə yayımlanan kadrlarda Pezeşkianın keçmiş seçki rəqibini Azərbaycan dilində salamlaması görünür.

Xatırladaq ki, İranda prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ona 16 milyon 384 min 403 seçici səs verib. Pezeşkianın rəqibi, mühafizəkarlar qanadının namizədi Səid Cəlili 13 milyon 538 min 179 səs toplayıb.

Oxuməni.az