ABŞ qoşunları Nigerin paytaxtı Niameyi tərk edib

ABŞ qoşunları Nigerin paytaxtı Niameyi tərk edib

8 İyul 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ qoşunları Nigerin paytaxtı Niameydəki bazasından çıxarılmasını başa çatdırıb. Sentyabrın 15-dək ABŞ qüvvələri ölkənin şimalındakı Aqadez şəhərindən çıxarmalıdır. AFP-nin məlumatına görə, Nigerdə ​​950-yə yaxın amerikalı hərbçi olub, onlardan 766-sı ölkəni tərk edib.

“Niger Respublikasının Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi elan edir ki, ABŞ qüvvələri və texnikası Niameydəki 101-ci aviabazadan çıxarılıb”.

AFP-nin məlumatına görə, bazada keçirilən mərasimdə Niger ordusunun baş qərargah rəisi Maman Sani Kiau və amerikalı general Kennet Ekman iştirak ediblər.

ABŞ-ın Nigerdən qoşunlarını çıxarmaq planları bu ilin yazında məlum olub.

Oxuməni.az