Olüm hökmünə qoyulmuş qadağanın ləğvi yuxarıların mövqeyindən asılıdır

Olüm hökmünə qoyulmuş qadağanın ləğvi yuxarıların mövqeyindən asılıdır

8 İyul 08:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada edam cəzasına qoyulmuş moratoriumun ləğvi müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malik olan orqanların mövqeyindən asılıdır.

Bunu Rusiyanın humanitar əməkdaşlıq və insan hüquqları departamentinin direktoru Qriqori Lukyantsev bildirib.

Lukyantsev bazar ertəsi "İzvestiya" qəzetində dərc olunan müsahibəsində deyib: “Moratorium Rusiya Federasiyası Avropa Şurasına üzv olduqdan sonra qoyuldu, bu, bizim üzərimizə götürdüyümüz öhdəliklərdən biri idi, indi hər şey onun əsasında müvafiq qərar qəbul edən orqanların mövqeyindən asılıdır".

Eyni zamanda, onun sözlərinə görə, "yadda saxlamalıyıq ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilmiş müvafiq mövqe var: moratorium qüvvədədir və ona hörmət edilməli və qorunmalıdır."

Oxuməni.az